İstifadəçi müqaviləsi İcraçı («Baku Dizayn Academy») ilə sifarişçi (İmtahana müraciət edən şəxs) arasında bağlanılır.
MADDƏ 1. Müqavilənin predmeti
1.1 Sifarişçi imtahan xidmətlərinin göstərilməsini tapşırır, İcraçı isə hazırkı müqavilədə göstərilmiş şərtlərlə imtahanının keçirilmə öhdəliyini üzərinə götürür.
MADDƏ 2. Sifarişçinin hüquq və öhdəlikləri
2.1 Sifarişçi:
2.1.1 İmtahanda nəzərdə tutulan qaydalar və vaxt çərçivəsində iştirak edir.
2.1.2 İmtahan prosesinə mane olmamağı və mane olacağı təqdirdə imtahan vauçerinin ləğv olunacağını qəbul edir.
MADDƏ 3. İcraçının hüquq və öhdəlikləri
3.1 İcraçı hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini öz üzərinə götürür.
3.2 İcraçı Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlara sahibdir.
3.3 İcraçı tədris müddətinin sonunda, aşağıdakı hallarda Sifarişçini sertifikatla təltif etməmək hüququna malikdir:
- İmtahan verərkən, üçüncü bir şəxslə hər hansısa bir yolla kommunikasiya qurduqda
- Hər hansısa köçürmə hallarına rast gəldikdə
- İmtahana hər hansısa elektronik vasitə ilə daxil olduqda
- İmtahan üçün İcraçının nəzərdə tutduğu həddi keçmədikdə
- İmtahana gecikdikdə
MADDƏ 4. Müqavilənin qiyməti
4.1. Sifarişçi hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün İcraçıya ümumi olaraq 200 AZN ödəyir. “Baku Design Academy” tələbəsi üçün isə bu qiymət 150 AZN-dir.
4.2. Sifarişçi müqavilə imzalandıqdan sonra, imtahana daxil olmamışdan əvvəl və ya sonra, hər hansı bir səbəbdən imtahana gəlməkdən imtina edərsə, ödəniş heç bir halda geri qaytarılmır.
MADDƏ 5. Mübahisələrin həlli
5.1. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər.
5.2. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.
MADDƏ 6. Fors-Major
6.1. Müqavilə üzrə öhdəliklərin icrasının fors-major hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan Tərəf (yanğın, daşqın, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər Tərəfi 15 (on beş) gün ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların Müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir.
6.2. Bu öhdəlikləri yerinə yetirməyən Tərəf digər Tərəfin xəbərdar olunmaması nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır.
MADDƏ 7. Digər Şərtlər
7.1. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və Tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalır.
7.2. Müqavilənin tərəflərdən heç biri öz hüquq və öhdəliklərini digər Tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə bilməzlər.
7.3. Tərəflər bu Müqavilə ilə bağlı kommersiya sirri təşkil edən məlumatları digər tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verməməyi öhdələrinə götürürlər və belə məlumatları gizli saxlayırlar.
7.4. Müqavilə Azərbaycan dilində 2 (iki) nüsxədən ibarət tərtib olunmuşdur və Tərəflərin hər birinə 1 (bir) nüsxə təqdim olunur.